logo

Azərbaycanlı hakim Avropa çempionatının final mərhələsinə təyinat alıb

17:57 05-06-2023 | icon 2275
Azərbaycanlı hakim Avropa çempionatının final mərhələsinə təyinat alıb

Azərbaycanın FIFA referisi Əliyar Ağayev 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatına təyinat alıb.

 YeniAvropa xəbər verir ki, hakim Gürcüstanda keçiriləcək A və C qrupunun matçlarını idarə edəcək.

A qrupunda Gürcüstanla yanaşı, Portuqaliya, Niderland və Belçika, C qrupunda isə İngiltərə, Almaniya, Çexiya və İsrail yığmaları mübarizə aparacaqlar.

Qeyd edək ki, Avropa çempionatı iyunun 21-dən iyulun 9-dək Gürcüstan və Rumıniyada təşkil olunacaq.