logo

Dünya çempionatı:Bu gün daha 3 taekvondoçumuz mübarizəyə başlayır

10:45 31-05-2023 | icon 3808
Dünya çempionatı:Bu gün daha 3 taekvondoçumuz mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha üç taekvondoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayır.

YeniAvropa xəbər verir ki, çempionatda 80 kq çəki dərəcəsində çıxış edən Əliəskər Əliyev 1/16 final mərhələsində Ababakar Soumare (Seneqal) – Teddi Opoya Lessakola (Qabon) cütünün qalibi ilə üz-üzə gələcək.

Millimizin digər üzvü Taleh Süleymanov (87 kq) eyni raundda Manuel Pollet (Belçika) – Laurentiu Snakov (Rumıniya) duelinin güclüsü ilə görüşəcək.

Qadınların yarışında “Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Patimat Abakarova dayanq üzərinə çıxacaq. Yarışda 49 kiloqram çəki dərəcəsində gücünü sınayacaq idmançımız 1/16 finalda Çina Murakami (Yaponiya) – Jenna Ylonen (Finlandiya) görüşünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, millimizin üç üzvü – Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq) və Fəridə Əzizova (67 kq) çempionatı mükafatsız başa vurublar.