logo

Dünya çempionatı:Daha iki taekvondoçumuz mübarizəyə başlayır

09:49 30-05-2023 | icon 2716
Dünya çempionatı:Daha iki taekvondoçumuz mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha iki taekvondoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

YeniAvropa xəbər verir ki, çempionatda 58 kiloqram çəki dərəcəsində çıxış edən Qaşım Maqomedov 1/32 final mərhələsində Kay Çenq (Çin) – Denis Bllaca (Kosovo) cütünün qalibi ilə üz-üzə gələcək.

Qadınların yarışında Fəridə Əzizova (67 kq) 1/16 finalda Kristina Teaçot (ABŞ) - Justina Koşalkovska (Polşa) duelinin güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək davam edəcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub.

Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.

Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edir. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilir.