logo

UEFA Çempionlar Liqası: Bu gün ikinci finalçı müəyyənləşəcək

09:19 17-05-2023 | icon 2835
UEFA Çempionlar Liqası: Bu gün ikinci finalçı müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.

YeniAvropa xəbər verir ki, bununla da ikinci finalçının adına aydınlıq gələcək.

Yarımfinalın ilk oyununda İspaniyada "Real Madrid"lə 1:1 hesablı heç-heçə edən "Mançester Siti" bu dəfə eyni rəqiblə İngiltərədə qarşılaşacaq. "Etihad" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.

Qeyd edək ki, bu cütün qalibi finalda İtaliyanın “İnter” klubuna rəqib olacaq.