logo

Dekabr ayı üzrə pensiya və bütün növ müavinətlərin maliyyələşdirilməsi başa çatdırılıb

18:43 29-12-2017 | icon 2779
Dekabr ayı üzrə pensiya və bütün növ müavinətlərin maliyyələşdirilməsi başa çatdırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu dekabr ayı üzrə ölkəmizin şəhər və rayonları üzrə pensiyaların və bütün növ müavinətlərin maliyyələşdirilməsi başa çatdırıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya  bildiriblər ki, əvvəlki aylarda olduğu kimi, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına qədər vətəndaşların dekabr ayı üzrə pensiya və müavinətlərinin ödənişi təmin olunub.

Qarşıdan gələn 2018-ci ildə də həmin sosial ödənişlərin aybaay vaxtlı-vaxtında maliyyələşdirilməsi həyata keçiriləcəkdir.