logo

"Qarabağ" onuncu dəfə Azərbaycan çempionu olub

20:40 13-05-2023 | icon 3073
"Qarabağ" onuncu dəfə Azərbaycan çempionu olub

"Qarabağ" klubu Azərbaycan Premyer Liqasında 2022-2023-cü il mövsümünün qalibi olub.

YeniAvropa xəbər verir ki, Ağdam təmsilçisi XXXIV turda “Səbail”ə səfərdə 3:0 hesabı ilə qalib gələrək, qızıl medalları rəsmiləşdirib. "Qarabağ"ın heyətində Ramil Şeydayev dubl edib, digər qolu Bəhlul Mustafazadə vurub.

Xallarının sayını 87-yə yüksəldən “Qarabağ” sona iki tur qalmış ən yaxın izləyicisi “Sabah” (77 xal) üçün əlçatmaz olub.

Beləliklə, “Qarabağ" tarixində 10-cu dəfə Azərbaycan çempionu olub və yeni rekorda imza atıb. Buna qədər rekord 9 çempionluqla “Neftçi”yə məxsus olub.

“Sabah” cari mövsümü gümüş, “Neftçi” isə bürünc mükafatçı kimi başa vurmağı təmin edib.

Qeyd edək ki, XXXIV turun bundan əvvəlki oyunlarında “Zirə” ilə “Kəpəz” 1:1 hesablı heç-heçə ediblər, “Turan Tovuz” səfərdə “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəlib. Mayın 14-də “Neftçi” – “Şamaxı”, 17-də isə “Sumqayıt” - “Sabah” görüşləri olacaq.