İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının və “Qarabağ” klubunun əvəzedici komandasının üzvü Şirxan Həsənzadənin vaxtsız vəfatı ilə əlaqədar FIFA və UEFA tərəfindən AFFA-ya başsağlığı məktubu ünvanlanıb.
YeniAvropa xəbər verir ki, müvafiq olaraq, FIFA-nın prezidenti Gianni İnfantino və UEFA-nın baş katibi Teodor Teodoridisin imzaladığı məktublarda futbolçunun ailəsinə, AFFA-ya, “Qarabağ”a, millidə və klubda onunla birgə çıxış etmiş komanda yoldaşlarına hər iki qurum adından başsağlığı verilib.