logo

Şanxay limanı yükaşırma qabiliyyətinə görə öz rekordunu yeniləyib

16:42 29-12-2017 | icon 2492
Şanxay limanı yükaşırma qabiliyyətinə görə öz rekordunu yeniləyib

Çinin maliyyə-biznes mərkəzlərindən olan Şanxay şəhərinin dəniz limanı illik yükaşırma qabiliyyətinə görə öz rekordunu yeniləyib.

YeniAvropa xəbər verir ki, Şanxay beynəlxalq limanının yaydığı məlumata istinadla xəbər verir ki, bu il limandan yola salınan və qəbul edilən konteynerlərin sayı 40 milyon TEU-nu (20 futluq konteyner ekvivalenti) ötüb. Keçən il bu rəqəm 37,1 milyon TEU konteyner olmuşdu.

Qeyd edək ki, Şanxay limanından konteyner dövriyyəsinə 1978-ci ildə başlanılıb. Həmin il cəmi 7951 TEU konteyner yola salınıb və qəbul edilmişdi. Çinin son 4 onillikdə sürətli inkişafı xarici ölkələrlə ticarətin genişlənməsi ilə müşayiət olunub. Bu amil özünü Çinin limanlarının, xüsusən də Şanxay limanının yükaşırma qabiliyyətinin artmasında da göstərib. Belə ki, Şanxay artıq 2010-cu ildə yükaşırma qabiliyyətinə görə (29 milyon TEU konteyner) dünyanın ən böyük limanı ünvanına sahiblənib və o vaxtdan bəri liderliyini qoruyur.

Ötən ilin statistikasına əsasən, dünya limanlarının ilk beşliyində sonrakı yerləri Sinqapur, Şencen və Ninbo (hər ikisi Çin), Busan (Cənubi Koreya) tutur.