Suqovuşanda “Prezident kuboku-2023”ün açılış mərasimi olub
Mayın 4-də Suqovuşanda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş avarçəkmə üzrə “Prezident kuboku-2023” turnirinin təntənəli açılış mərasimi keçirilib.
YeniAvropa xəbər verir ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
Açılış mərasimində çıxış edən Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov iştirakçıları salamlayıb, “Prezident kuboku-2023” turniri haqqında məlumat verib. Bildirib ki, reqatada 20-dək ölkədən idmançılar yarışacaq. Yarışlar ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə inşa edilən Suqovuşan su anbarında başlayır. Növbəti iki gündə reqata Mingəçevir şəhərində keçiriləcək. Bağlanış mərasimi mayın 7-də Bakı bulvarında baş tutacaq.
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov “Prezident kuboku-2023” turnirinin keçirilməsinin önəmini vurğulayaraq, deyib: “Biz artıq 3-cü dəfədir ki, Suqovuşana yarış keçirmək üçün gəlmişik. Hər dəfə bura gələn, yarışda iştirak edən xarici ölkələrin sayı artır. Bütün bu təşkilatçılıq dövlətin dəstəyi olmadan mümkün deyil. Bizim idmançılarımız daim dövlət başçımız İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısını hiss edib. Mən bütün idmançılara uğurlar arzu edirəm”.
Sonra reqataya start verilib.
Turnirin birinci günündə yarışlar Suqovuşanda keçiriləcək. 20-dək ölkədən olan 100-dən çox yerli və xarici avarçəkənin qatıldığı turnirdə idmançılar Suqovuşan su anbarında kayak və kanoe növlərində mübarizə aparırlar. Yarışların növbəti iki günü, 5-6 may tarixlərində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman mərkəzində davam edəcək.
Mayın 7-si - reqatanın bağlanış mərasimində Bakı Bulvarında, Su İdman Sarayının yaxınlığında, dəniz kənarında keçiriləcək mükafatlandırma mərasimi ilə yanaşı, paytaxt sakinlərini möhtəşəm şou proqram gözləyir. Bədii hissədə 3D effektli lazer şou, tanınmış rəqs qruplarının çıxışı, xalq artisti Miri Yusifin solo ifası və möhtəşəm atəşfəşanlıq tamaşaçılara əsl bayram ab-havası yaşadacaq.
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov
Yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib
Pərviz Şahbazov I İstanbul Enerji Forumunda iştirak edir
FIFA referimiz UEFA Gənclər Liqasının matçını idarə edəcək
Azərbaycan nefti 75,60 dollara satılır
Hindistandan Almaniyaya uçan təyyarə Bakıya təcili eniş edib
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib