logo

Azərbaycanda ilk dəfə cüdo üzrə Avropa kuboku keçiriləcək

14:14 03-05-2023 | icon 2919
Azərbaycanda ilk dəfə cüdo üzrə Avropa kuboku keçiriləcək

Mayın 6-7-də Göygöldə ilk dəfə yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku turniri keçiriləcək.

YeniAvropa xəbər verir ki, Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqvimində yer alan turnirə 19 ölkədən 300-ə yaxın idmançı qatılacaq.

EJU-nun rəsmi səhifəsində turnirlə bağlı məqalə yer alıb. Məqalədə bildirilir ki, Azərbaycan Cüdo Federasiyası yeniyetmələrin inkişafına xüsusi diqqət ayırır və nəticədə yüksək rəqabətli komanda yaranıb: “Azərbaycan komandası həm oğlanların, həm də qızların Avropa turu silsiləsinə daxil olan yarışlarda nəzərə çarpan nəticə əldə edib. Belə ki, aprelin əvvəlində Çexiyada keçirilən Avropa kuboku yarışında Azərbaycan yığması 6 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb. Eyni ilə, komanda martda Zaqrebdə baş tutan analoji turnirdə də əlamətdar nəticə əldə edib”.

Müəllif qeyd edir ki, Göygöldəki yarışda Azərbaycan yığmasının öz azarkeşlərinə unudulmaz anlar bəxş edəcəyi indidən bəllidir.