logo

"Neftçi"-"Qarabağ" oyunu ilə tura yekun vurulacaq

09:29 02-05-2023 | icon 2723
"Neftçi"-"Qarabağ" oyunu ilə tura yekun vurulacaq

Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura "Neftçi"-"Qarabağ" oyunu ilə yekun vurulacaq.

YeniAvropa xəbər verir ki, “Bakcell Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Matçı çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov idarə edəcək.

Ağdam klubu 31 turdan sonra 78 xalla turnir cədvəlinə başçılıq edir. 61 xalı olan "ağ-qaralar" isə 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" Qəbələdə "Kəpəz"ə, "Sabah" evdə "Şamaxı"ya 1:0, "Qəbələ" doğma meydanda "Səbail"ə 4:2, "Turan Tovuz" isə səfərdə "Zirə"yə 3:1 hesabı ilə qalib gəlib.