logo

"Formula 1 Azərbaycan Qran-Pri"sinin müddəti 2026-cı ilədək uzadılıb

14:10 01-05-2023 | icon 2611
"Formula 1 Azərbaycan Qran-Pri"sinin müddəti 2026-cı ilədək uzadılıb

"Formula 1 Azərbaycan Qran-Pri"si 2026-cı ilədək F1 təqviminə əlavə olunub.

YeniAvropa xəbər verir ki, yenicə imzalanmış üçillik müqaviləyə əsasən, "Formula 1 Azərbaycan Qran-Pri"sinin müddəti 2026-cı ilədək uzadılıb.

Xəzər dənizinin sahilində yerləşən, Hermann Tilke tərəfindən hazırlanmış 6 km uzunluğunda və 20 döngədən ibarət Bakı Şəhər Halqası həmişə yaddaqalan yarışlara ev sahibliyi edib və Formula 1 Azərbaycan Qran-Prisində bu vaxta qədər təkrar qalib olmayıb. Bakıda 2016-cı ildə keçirilmiş debüt F1 yarışının qalibi Niko Rosberq olub, ardınca isə Daniel Rikkardo, Luis Hamilton, Valtteri Bottas, Serxio Peres və Maks Ferstappen qələbə qazanıb.