logo

Bu gün Azərbaycan kubokunun ikinci finalçısı bəlli olacaq

15:35 27-04-2023 | icon 2527
Bu gün Azərbaycan kubokunun ikinci finalçısı bəlli olacaq

Bu gün futbol üzrə Azərbaycan kuboku yarışlarında ikinci finalçı müəyyənləşəcək.

 YeniAvropa xəbər verir ki, yarımfinalın növbəti cavab oyununda “Səbail” klubu “ASCO Arena”da “Qəbələ”ni qəbul edəcək.

Komandalar arasında keçirilmiş ilk matçda “Qəbələ” 3:2 hesablı qələbə qazanıb. Baş məşqçi Elmar Baxşıyevin komandasına finala yüksəlmək üçün heç-heçə də kifayət edəcək. “Səbail” isə mütləq qələbə qazanmalıdır.

FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi görüş saat 20:00-da başlayacaq.

Bu cütün güclüsü finalda “Neftçi”yə rəqib olacaq.

Qeyd edək ki, ölkə kubokunun final oyunu iyunun 3-də "Bakcell Arena"da keçiriləcək.