logo

Avropa çempionatı:İki qadın güləşçimiz yarımfinala  yüksəlib

17:17 19-04-2023 | icon 2065
Avropa çempionatı:İki qadın güləşçimiz yarımfinala  yüksəlib

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir.

YeniAvropa xəbər verir ki, çempionatın üçüncü günündə qadın güləşi üzrə mübarizəyə start verilib.

Millimizin üzvü Mariya Stadnik (50 kq) təsnifat mərhələsində türk Evin Demirhana tam üstünlüklə qalib gəlib - 14:4. Millimizin lideri fransalı Jüli Sabatyeni 9:3 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. M.Stadnik final yolunda polşalı Ana Lukasyakla güləşəcək.

Elnurə Məmmədova (55 kq) təsnifat mərhələsində litvalı Laura Staneliteni vaxtından əvvəl üstələyib - 13:3. Həmyerlimiz dörddəbir finalda rumıniyalı Avropa çempionu Andrea Ana ilə qarşılaşacaq.

Mübarizəyə dörddəbir finaldan qoşulacaq Alyona Kolesnik (59 kq) italiyalı Morena de Vita ilə üz-üzə gəlib. Rəqibini məğlub edən güləşçimiz yarımfinalda Yuliya Tkaç (Ukrayna) ilə üz-üzə gələcək.