logo

Qadın güləşçilərimiz Avropa çempionatında mübarizəyə başlayırlar

10:01 19-04-2023 | icon 2359
Qadın güləşçilərimiz Avropa çempionatında mübarizəyə başlayırlar

Bu gün Azərbaycanın üç qadın güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.

YeniAvropa xəbər verir ki,titullu güləşçimiz Mariya Stadnik (50 kq) təsnifat mərhələsində türk Evin Demirhanla üz-üzə gələcək. Elnurə Məmmədova (55 kq) litvalı Laura Stanelite, Alyona Kolesnik (59 kq) isə Yovana Radivoyeviç (Serbiya) - Morena de Vita (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq.

Bu gün, həmçinin Azərbaycanın dörd sərbəst güləşçisi medal uğrunda görüşə çıxacaq. Osman Nurmaqomedov (92 kq) finalda Feyzullah Aktürklə (Türkiyə) münasibətlərə aydınlıq gətirəcək. Cəbrayıl Qadjiyev (74 kq) təsəlliverici qarşılaşmada türk Soner Demirtaşla, Abubakr Abakarov (86 kq) Patrik Puespoeki (Macarıstan) - İvars Samusonoks (Latviya) duelinin güclüsü ilə üz-üzə gələcək. Georgi Meşvildişvili (125 kq) bürünc medal görüşündə Abraham Konyedonun (İtaliya) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) qızıl, Maqomedxan Maqomedov (97 kq) gümüş medal əldə ediblər.