Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatına start veriləcək.
YeniAvropa xəbər verir ki, Azərbaycanın beş sərbəst güləşçisi çempionatda mübarizəyə qoşulur. Əliabbas Rzazadə (57 kq) Anatoli Buruian (Moldova) - Horst Ler (Almaniya) cütünün qalibi, Əli Rəhimzadə (65 kq) Georgios Pilidis (Yunanıstan) - İslam Dudayev (Albaniya) duelinin güclüsü, Hacı Əliyev (70 kq) italiyalı Canluka Talamo, Səbuhi Əmiraslanov (79 kq) İman Mahdavinin (Dünya Güləş Birliyi) və Maqomedxan Maqomedov (97 kq) İtaliya idmançısı Benjamin Honis ilə qarşılaşacaq.
Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.