Bakıda ümumi inşaat işlərinin 87,2 faizini qeyri-dövlət tikinti müəssisələri görüblər
2017-ci ilin yanvar-noyabr aylarında Bakı şəhərində tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 70,3 faizini tikinti, yenidənqurma və genişləndirmə, 5,9 faizini əsaslı təmir, 3,8 faizini cari təmir, 20,0 faizini isə sair tikinti işləri təşkil edib.
Bakı şəhər Statistika İdarəsindən YeniAvropa-ya bildirilib ki, ümumi inşaat işlərinin 87,2 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.