Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) gəlirləri 2001-ci ildən bu il dekabrın 1-dək 137 milyard ABŞ dollarını ötüb.
Bu barədə YeniAvropa-ya ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən bildirilib.
Qeyd edilib ki, bu vaxtadək həmin vəsaitin 100 milyard dollardan çoxu xərclənib.
Xatırladaq ki, bu il oktyabrın 1-nə Neft Fondunun aktivləri cari ilin əvvəlinə - 33 milyard 147 milyon dollara nisbətən 8,67 faiz artaraq 36 milyard 20 milyon ABŞ dolları təşkil edib. Aktivlərin artımı fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri və investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişikliyi fərqi hesabına formalaşıb.