Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
YeniAvropa xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinin Türkiyə ərazisində “təbii qaz mərkəzi”nin yaradılması təklifi barədə ortaq hədəflərə çatmaq üçün nümayəndə heyətlərinin tezliklə texniki, hüquqi və ticari dəyərləndirmə həyata keçirəcəyini söyləyib.
Rusiya və ABŞ kəşfiyyat rəhbərlərinin Türkiyədə bir araya gəlməsini nəzarətsiz gərginliyin qarşısına keçməkdə açar rolu olduğunu bildirən prezident Ərdoğan Rusiya-Ukrayna savaşının uzanmasının riskləri artıracağını, bu səbəbdən də diplomatik görüşləri canlandırmağın lazımlığını bildirib.