logo

"Siemens" Rusiyadakı bütün biznesini satıb ölkədən getdi

13:33 17-11-2022 | icon 2261
"Siemens" Rusiyadakı bütün biznesini satıb ölkədən getdi

Almaniyanın "Siemens" konserni Rusiya Federasiyasındakı bütün maliyyə və lizinq biznesini satıb.

YeniAvropa xəbər verir ki, bu barədə konsernin bu gün yaydığı hesabatda deyilir.

""Siemens" 2022-ci maliyyə ilinin dördüncü rübünün sonunda (1 iyul - 30 sentyabr) Rusiyadakı bütün maliyyə və lizinq biznesini satıb", - deyə hesabatda bildirilir.

"Siemens" AG konserni informatika və rabitə, avtomatlaşdırma və idarəetmə sistemləri, energetika, nəqliyyat və səhiyyə kimi sahələrdə fəaliyyət göstərən elektronika və elektrik texnikası üzrə aparıcı istehsalçılardan biridir. Hazırda konserndə 114 mini Almaniyada olmaqla, bütün dünyada 342 minə yaxın işçi çalışır.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı apardığı işğaıçılıq müharibəsinə etiraz əlaməti olaraq dünyanın bir çox məşhur şirkətləri bu ölkədəki ofislərini bağlayaraq Rusiyanı tərk ediblər