Rusiyanın Ukraynaya endirdiyi raket zərbələri nəticəsində 4 nəfər ölüb, 8 nəfər yaralanıb.
YeniAvropa Ukrayna KİV-ə istinadən xəbər verir ki, hazırda xilasedicilər dağıntılar altından insanların çıxarılması üçün axtarış-xilasetmə işləri aparırlar.
Ukraynanın bir sıra vilayətlərində elektrik enerjisinin verilişi dayandırılıb.
Bildirilib ki, Rusiya hərbçilərinin Zaporojye vilayətinə raket hücumu nəticəsində ölənlərin sayı 4-ə çatıb.
Bundan əlavə, Dneprdə isə raket hücumları nəticəsində 5 nəfər yaralanıb. Vurğulanıb ki, hava hücumu nəticəsində sənaye müəssisəsi və yaxınlıqdakı yaşayış binaları zədələnib. Bütün zərərçəkənlərin vəziyyəti orta ağırdır.
Eyni zamanda Odessada da 3 nəfərin hava hücumu zamanı xəsarət aldığı qeyd olunub.
Ukraynanın baş naziri Denis Şmıqal isə Rusiyanın budəfəki zərbələrinin hədəfinin ölkənin qaz hasilatı müəssisələri, xüsusilə Dneprdəki "Yujmaş" zavodu olduğunu açıqlayıb.