Noyabrın 17-də səhər saatlarında Kiyev üzərində hava hücumu zamanı hava hücumundan müdafiə qüvvələri əvvəlcədən iki qanadlı raketi məhv edib.
YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna şəhərinin hərbi administrasiyası məlumat yayıb.
“Kiyev səmasında iki qanadlı raket vurulub. Tələfat və dağıntılar barədə məlumat dəqiqləşdirilir”, - deyə məlumatda bildirilib.
Noyabrın 17-si səhər saatlarından etibarən Ukraynada genişmiqyaslı hava həyəcanı elan edilib. Rusiya qoşunları yenidən Ukrayna şəhərlərinə irimiqyaslı zərbələr endirir. Artıq Odessa, Dnepropetrovsk, Zaporojye vilayətlərində partlayışlar qeydə alınıb.