logo

Ukraynada hərbi vəziyyət daha 90 gün uzadılıb

19:49 16-11-2022 | icon 4599
Ukraynada hərbi vəziyyət daha 90 gün uzadılıb

Ukrayna Ali Radası prezident Volodimir Zelenskinin hərbi vəziyyətin və ümumi səfərbərliyin 90 gün müddətinə- 2023-cü il fevralın 19-dək uzadılması haqqında fərmanlarını təsdiqləyib.

YeniAvropa xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyak "Telegram" səhifəsində bildirib.

Hər iki qanun layihəsini deputatlar dəstəkləyib.

Xatırladaq ki, Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik Rusiyanın fevralın 24-də saat 5:30-dan genişmiqyaslı hücumundan sonra ilkin olaraq 30 gün müddətinə tətbiq edilib. Sonra müxtəlif vaxtlarda bu günə qədər hərbi vəziyyət və səfərbərlik uzadılıb.