Rusiyalı deputatlara ATƏT Parlament Assambleyasının(PA) Polşanın paytaxtı Varşavada keçiriləcək sessiyasında iştirak etmək üçün viza verilməyib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə rusiyalı senator Vladimir Cabarov məlumat verib.
Xatırladaq ki, ATƏT PA-nın 20-ci payız sessiyası noyabrın 24-dən 26-dək Polşa parlamentinin binasında keçiriləcək. İclasda Ukraynadakı müharibə, silahlı münaqişə, humanitar böhran şəraitində fundamental hüquq və azadlıqların qorunması, həmçinin iqtisadi, ekoloji təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılır.