Noyabrın 14-15-də İndoneziyanın Bali adasında keçirilən G20 ölkələrinin sammiti G7 üzvlərinin və digər ölkələrin liderlərinin Polşa ərazisinə düşən raketlərin müzakirəsi ilə yekunlaşıb.
YeniAvropa xəbər verir ki, məsələ barəsində məlumat verən ABŞ prezidenti Co Bayden Ukrayna ərazisində gedən müharibə ilə bağlı Polşa ərazisinə düşən raketlərin Rusiya tərəfindən buraxıldığının güman olunduğunu bildirib.
Qeyd edək ki, noyabrın 15-də Rusiyanın Ukraynanın enerji obyektlərinə endirdiyi ən güclü raket zərbələri nəticəsində gərginlik daha da artıb. Polşa ərazisinə düşən iki raket nəticəsində iki nəfərin həlak olduğu bildirilir. Xatırladaq ki, Polşa Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) üzvüdür.
Raket zərbələrindən sonra G7 ölkələrinin və NATO üzvü olan dövlətlərin liderləri İndoneziyada fövqəladə birgə toplantı keçiriblər. Görüşün təfərrüatları barədə hələlik məlumat verilmir.
Xatırladaq ki, G7 qrupuna ABŞ, Almaniya, Kanada, Fransa, İtaliya, Yaponiya və həmçinin Avropa İttifaqı daxildir. Ağ Evdən verilən məlumata görə, fövqəladə toplantıda İspaniya və Niderland nümayəndələri də iştirak ediblər.