logo

Co Bayden-Si Cinpin görüşü 3,5 saatdan çox davam edib

17:59 14-11-2022 | icon 1974
Co Bayden-Si Cinpin görüşü 3,5 saatdan çox davam edib

“Böyük İyirmilik” (G20) ölkələrinin İndoneziyada keçiriləcək sammit çərçivəsində ÇXR-in sədri Si Cinpin və ABŞ prezidenti Co Bayden arasında görüş başa çatıb.

 YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, üç saat yarımdan çox davam edən görüş Pekin vaxtı ilə saat 20:48-də (Bakı vaxtı ilə 16:48) yekunlaşıb.

Ağ Evin yaydığı məlumata görə, liderlər ABŞ və Çinin münaqişəyə sürüklənməsinin qarşısını almaq üçün prinsiplərin hazırlanmasının vacibliyini müzakirə ediblər. Co Bayden ABŞ-ın Çinlə fəal rəqabət aparmağa davam edəcəyini bildirib.

Danışıqlarda Ukraynadakı vəziyyətə də toxunulub. Liderlər Ukraynada nüvə silahından istifadə təhdidlərinə qarşı çıxıb, nüvə müharibəsinin yolverilməz olduğunu vurğulayıblar.

Eyni zamanda, ABŞ dövlət katibi Entoni Blinkenin Çinə səfəri ilə bağlı razılıq əldə olunub.

Xatırladaq ki, "G20" liderlərinin sayca 17-ci olacaq sammiti 2022-ci ilin noyabrın 15-16-da Bali adasında keçiriləcək.