logo

İstanbulda terror aktı törədən şəxs PKK-dan təlimat alıb

14:13 14-11-2022 | icon 2016
İstanbulda terror aktı törədən şəxs PKK-dan təlimat alıb

İstiqlal prospektində baş verən partlayışı törətmək şübhəsi ilə saxlanılan şəxsin PKK/PYD/YPG terror təşkilatlarının Suriyanın Kobani şəhərindəki qərargahından İstanbulda terror aktı törətməklə bağlı əmr aldığı müəyyən edilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, saxlanılan bu şəxs ifadəsində PKK/PYD/YPG terror təşkilatı tərəfindən kəşfiyyatçı kimi yetişdirildiyini və Afrindən qeyri-qanuni yollarla Türkiyəyə daxil olduğunu bildirib.

Bəyoğluda törədilən terror aktından sonra Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən 1200 kamera görüntüsü araşdırılıb və onun əlaqəsi olduğu aşkar edilən 21 ünvanda əməliyyat keçirilərək 46 nəfər saxlanılıb.

Hadisə ilə bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, əgər terrorçu ələ keçirilməsəydi bu gün Yunanıstana qaçacaqdı.

Hadisə ilə bağlı başladılan araşdırmalar çoxşaxəli şəkildə davam edir.