Sloveniyada prezident seçkilərinin ikinci turunda bitərəf namizəd Nataşa Pirç Musar qalib gəlib.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, 32 faiz səslərin nəticələrinə əsasən ixtisasca vəkil olan N. Pirç Musar 54,11 faiz səs, onun rəqibi - keçmiş xarici işlər naziri, Sloveniya Demokratik Partiyasının dəstəklədiyi namizəd Anje Loqar isə 45,89 faiz səs toplayıb.
Yerli vaxtla saat 16:00-a olan məlumata görə, 1,7 milyon səsvermə hüququna malik əhalinin 36,7 faizi ikinci turda səs verib. Bu nəticə seçkidən öncə proqnozlaşdırılan iştirakdan daha yüksək hesab edilir. Beş il öncə keçirilən prezident seçkilərində isə seçicilərin aktivliyi 30,5 faiz olub.
54 yaşlı Nataşa Pirç Musar Sloveniyanın ilk qadın prezidenti kimi tarixə düşüb.