logo

Baş verən partlayışın günahkarları layiq olduqları cəzanı alacaqlar-Ərdoğan

20:20 13-11-2022 | icon 2142
Baş verən partlayışın günahkarları layiq olduqları cəzanı alacaqlar-Ərdoğan

İstanbulun İstiqlal prospektində baş verən partlayış zamanı altı nəfər ölüb, yaralıların sayı isə 53-ə yüksəlib.

YeniAvropa xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyaya səfər etməzdən əvvəl keçirdiyi mətbuat konfransında bildirib.

Prezident Ərdoğan deyib: “Millətimiz əmin olmalıdır ki, baş verən hadisənin günahkarları layiq olduqları cəzanı alacaqlar. Dövlətimizin müvafiq qurumları bu xəyanətkar hücumu törədənlər və onun arxasında duranların üzə çıxarılması istiqamətində fəaliyyətini davam etdirir. Hadisənin terror aktı olduğunu dəqiq söyləmək düzgün olmazdı, amma hadisələr, valimizin verdiyi ilk məlumat buradan terrorun izləri olduğunu göstərir. Hazırda, ilk müşahidələr, oradakı qaçışmalar, hadisədə bir qadının rol oynadığı nöqtəsində cəmlənir”.

Qara dənizdə yaradılan taxıl dəhlizi məsələsinə toxunan Türkiyə Prezidenti prosesin davamlılığının təmini baxımından səylərin davam etdiyini, məhsulların taxıla ehtiyacı olan ölkələrə, xüsusilə Afrikaya çatdırmağa çalışdıqlarını deyib.