Gürcüstan Polşa ilə birlikdə yeni pilotsuz uçuş aparatı(PUA) istehsal etmək niyyətindədir. Bunun üçün Tbilisi yaxınlığında Gürcüstan-Polşa “Delta –Veba” zavodu tikilir.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze məlumat verib. Zavodda işlərin gedişi ilə tanışlıqdan sonra KİV-ə müsahibəsində nazir zavodun tikintisinin yaxın vaxtlarda başa çatacağını deyib.
Nazir Burçuladze qeyd edib ki, müəssisə yaxın vaxtlarda Gürcüstan PUA-larını istehsal edəcək.
Qeyd edək ki, “Delta-Vebe” Gürcüstan-Polşa şirkəti Polşanın “WB Electronics” şirkəti ilə Gürcüstanın “Delta” dövlət hərbi elmi-texniki mərkəzi arasında imzalanmış müqavilə əsasında yaradılıb.
Sözügedən müəssisədə gürcü və polşalı mütəxəssislər pilotsuz uçuş aparatlarının istehsalı mövzusunda birgə çalışacaqlar.