Rusiya Ukrayna ilə qeyd-şərtsiz dialoq aparmağa hazırdır.
YeniAvropa xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə deyib.
S.Ryabkov qeyd edib ki, danışıqlar əvvəlcədən heç bir şərtlər irəli sürülmədən aparılmalıdır. “Mən mövqeyimizi təsdiq edə bilərəm. Biz hər hansı şərt irəli sürülmədən dialoq aparmağa hazırıq. Biz əvvəl də buna hazır idik”, - deyə nazir müavini bildirib.