İranda etiraz aksiyalarında ölənlərin sayı 300 nəfəri ötüb
İranın hərbi-polis qüvvələri 57 gün ərzində etiraz aksiyalarında 50-si uşaq olmaqla 330 nəfəri qətlə yetirib.
YeniAvropa xəbər verir ki, bu barədə "GünAzTV" İran İnsan Haqları Təşkilatına istinadlla xəbər yayıb.
Bildirilib ki, aksiyalarda 15 092 nəfər tutulub. Onların 1 954-nün kimliyi və saxlanıldığı yer məlum deyil. Həbs olunanların 440-ı isə tələbədir.
Məlumata əsasən, İranın 57 gün ərzində 138 şəhərində aksiyaçılar ölkədəki idarəetmə sisteminə qarşı nümayişlər keçirib, 137 universitetin tələbələri bu nümayişləri dəstəkləyib.
Vurğulanıb ki, Beynəlxalq Əfv Təşkilatı etnik bəluç etirazçıların öldürülməsi ilə bağlı bəyanat yayıb: "Dünya Sistan və Bəlucistanda daha çox etirazçının öldürülməsinin qarşısını almaq üçün təcili tədbirlər görməlidir".
Beynəlxalq Əfv Təşkilatının bəyanatında bildirilib ki, İranın hərbi-polis qüvvələri noyabrın 4-də Sistan və Bəlucistanın Xaş şəhərində cümə namazından sonra dinc nümayişlərin zorakı üsulla yatırılması nəticəsində ikisi uşaq olmaqla azı 18 etirazçını öldürüb, onlarla insanı yaralayıb. Açıqlamada bəlucların daha çox zülmə və repressiyalara məruz qaldıqları da vurğulanıb.
Qeyd edək ki, bundan öncə sentyabrın 30-u günortadan sonra hakimiyyət qüvvələrinin əyalətin mərkəzi Zahidan şəhərinin Məkki məscidində namaz qılan sünni məzhəbli etnik bəluclara atəş açıması nəticəsində 13-ü uşaq olmaqla 93 nəfər ölüb, 300 nəfər isə yaralanıb.
Bu bəyanat dərc edilməzdən bir müddət əvvəl isə kürəkən və nümayəndə kimi təqdim olunan Şəhriştani İrandakı ümumxalq etiraz aksiyalarının “xalq üsyanı olmadığını” iddia etmişdi. Kürəkən etiraz edən İran xalqını “bir qrup quldur” adlandırıb: “Haradan gəldikləri və hansı düşməndən göstəriş aldıqları bəlli deyil”.
Xatırladaq ki, Ayətullah Sistani, adətən, nadir hallarda cari siyasi məsələlərə münasibət bildirir.
Noyabrın 11-də Güney Azərbaycanın Zəncan İnqilab Prokurorluğunun 2-ci şöbəsində qadın hüquq müdafiəçisi və azərbaycanlı mədəni fəalı Səfiyə Qarabağinin dindirilmə iclası keçirilib.
Qadın hüquq müdafiəçisi instaqram səhifəsində son etirazlarla bağlı materiallar dərc etmişdi. Buna görə də ona qarşı “İran İslam Respublikası rejiminə qarşı təbliğat” ittihamı irəli sürülüb.
Bu arada, İran hakimiyyətinin din xadimləri küçələrdə, meydanlarda ənənəvi əmmamə, əba geyinərək gəzməyə ehtiyat edirlər. Onlar həmin geyimləri maşınlarda gəzdirir, rəsmi tədbirlərə gedərkən geyinirlər. Qeyd edək ki, İranda keçirilən etiraz aksiyalarında fləşmoblardan biri də həmin geyimdə olanların başlarından əmmamənin salınmasıdır.
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov
Yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib
Pərviz Şahbazov I İstanbul Enerji Forumunda iştirak edir
FIFA referimiz UEFA Gənclər Liqasının matçını idarə edəcək
Azərbaycan nefti 75,60 dollara satılır
Hindistandan Almaniyaya uçan təyyarə Bakıya təcili eniş edib
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib