logo

ABŞ bu gün Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq

20:10 10-11-2022 | icon 1540
ABŞ bu gün Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq

Noyabrın 10-da ABŞ Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün raketlərin daxil olacağı yeni hərbi yardım paketini elan edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb.

Bildirilib ki, Ukraynaya yeni yardım paketinə "Stingers" və "Hawk" hava hücumundan müdafiə sistemləri üçün raketlər daxil olacaq.