logo

Samir Şərifov: Manatın məzənnəsi sabitləşib

10:45 28-12-2017 | icon 2422
Samir Şərifov: Manatın məzənnəsi sabitləşib

Milli valyutamız manatın məzənnəsi sabitləşib.YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.

“İlin əvvəlinə baxsaq, görərik ki, hətta manatın məzənnəsi bir qədər möhkəmlənib”, - deyən nazir bildirib ki, ilin əvvəli ilə müqayisədə bu fərq təxminən 3,4 faizdirsə, fevral ayı ilə müqayisədə 10 faiz möhkəmlənmə baş verib. “Bu da bir daha manata olan inamın tədricən bərpa olunmasının göstəriciləridir”, - deyə Samir Şərifov bildirib.