Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransaya işgüzar səfərə gedəcək.
YeniAvropa “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xəbərdə bildirilir ki, səfərdə məqsəd noyabrın 11-12-də Fransa paytaxtında keçiriləcək Paris Sülh forumunda iştirak etməkdir.
Səfər çərçivəsində Ararat Mirzoyanın Fransanın xarici işlər naziri Katrin Kolonna və digər rəsmi şəxslərlə də görüşləri planlaşdırılıb.
Qeyd edək ki, Paris Sülh forumu 2018-ci ildən keçirilir. Aparıcı dövlət və hökumət başçıları, beynəlxalq təşkilatlar və şirkətlər, nüfuzlu ictimai xadimlərin qatıldığı forumda müasir dünyanı narahat edən məsələlər müzakirə olunur.