Rusiya prezidenti Vladimir Putin böyük ehtimalla noyabrın 15-16-da keçiriləcək "Böyük İyirmiliyin" (G20) sammitində iştirak etməyəcək.
YeniAvropa xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Kreml V. Putini Rusiyanın Ukraynaya qarşı başladığı işğalçılıq müharibəsi səbəbindən ABŞ prezidenti Cozef Bayden də daxil olmaqla dünya liderləri ilə potensial qarşıdurmadan qorumağa çalışır.
Mənbə bildirib ki, Rusiyanı sammitdə xarici işlər naziri Sergey Lavrov təmsil edə bilər.