“Vatikan Rusiya ilə Ukrayna arasında vasitəçilik etməyə, öz ərazisini digər tərəflərin, xüsusən ABŞ və Avropa İttifaqının da iştirak edə biləcəyi sülh danışıqları üçün neytral yer kimi təklif etməyə hazırdır”.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bunu Roma Papası Fransisk Fransa prezidenti Emmanuel Makronla danışıqlar zamanı deyib.
Onların görüşü oktyabrın 24-də olub. Lakin dünya katoliqlərinin liderinin fikirləri noyabrın 8-də yayımlanıb.
Vatikan dəfələrlə Müqəddəs Taxt-tacın rəsmi Moskva ilə Kiyev arasında dialoqun qurulması üçün bütün səyləri göstərməyə hazır olduğunu vurğulayıb.
Məlumata görə, noyabrın 4-də Vatikanın dövlət katibi kardinal Pietro Parolin bildirib ki, Papanın Rusiya və Ukrayna arasında danışıqlar prosesində vasitəçiliyə cəlb edilməsində müsbət irəliləyişlər yoxdur.