Rusiyanın Ukrayanda apardığı müharibə nəticəsində azı 6490 dinc sakin ölüb, 9972 mülki vətəndaş isə yaralanıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının İdarəsi məlumat yayıb.
Bildirilib ki, ümumilikdə müharibə nəticəsində mülki insanlardan 2 533 kişi, 1731 qadın, 201 oğlan və 168 qız ölüb.
Bundan əlavə öldürülən 34 uşaq və 1828 yaşlının cinsini hələ müəyyən etmək mümkün olmayıb.