logo

Putin 80 min səfərbər olunan şəxsi Ukrayna müharibəsinə göndərib

20:10 07-11-2022 | icon 2303
Putin 80 min səfərbər olunan şəxsi Ukrayna müharibəsinə göndərib

Hazırda Ukraynada münaqişə bölgəsində 80 minə yaxın səfərbər edilmiş Rusiya vətəndaşı var, onlardan 50 mini döyüş əməliyyatlarında iştirak edir.

 YeniAvropa xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Tver vilayətinə səfəri zamanı regionun qubernatoru İqor Rudenya ilə görüşündə deyib.

“Hazırda bizim 50 minimiz döyüş bölmələrindədirlər. Qalanları hələ döyüş əməliyyatlarında iştirak etmir. Lakin ərazidə 80 minə qədər insan var. Qalanların hamısı təlim poliqonlarındadır”, - deyə V.Putin vurğulayıb.