logo

Koreya prezidenti xalqdan üzr istədi

15:15 07-11-2022 | icon 2310
Koreya prezidenti xalqdan üzr istədi

Cənubi Koreya prezidenti Yun Sok Yol paytaxt Seulun mərkəzində izdiham nəticəsində azı 156 nəfərin ölümünə görə üzr istəyib.

YeniAvropa xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

“Təsviri mümkün olmayan faciə yaşayan qurbanların ailələrindən, bu ağrıya və kədərə şərik olan ölkədən üzr istəyirəm”, - deyə dövlət başçısı bildirib.

O qeyd edib ki, ölkənin təhlükəsizlik sahəsində köklü dəyişikliklərə ehtiyacı var.

Bundan əlavə, Koreya prezidenti günahkarların məsuliyyətə cəlb ediləcəyinə və bu iş üzrə prosesin ictimaiyyətə açıq olacağına söz verib.