"Gələn həftə Ukraynaya 2023-cü il üçün 18 milyard avro məbləğində yardım planını təqdim edəcəyik".
YeniAvropa xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen özünün "Twitter" hesabında məlumat paylaşıb.
“Prezident Zelenski ilə yaxşı telefon danışığı olub. Hadisələrin müsbət inkişafı: gələn həftə biz Ukraynaya 2023-cü il üçün maliyyə dəstəyi planını təklif edəcəyik”, - deyə o, paylaşımında qeyd edib.