logo

Ermənistanda hərbi hissədə silah-sursatı anbarı partlayıb

12:12 06-11-2022 | icon 2065
Ermənistanda hərbi hissədə silah-sursatı anbarı partlayıb

Bu günlərdə Ermənistan ordusunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələrindən birinin döyüş mövqeyində güclü yanğın baş verib.

YeniAvropa erməni KİV-lərinə istinadla xəbər verir ki, gecə saatlarında silah-sursat saxlanılan “vaqon-konteynerdə” baş verən yanğından bir müddət sonra partlayış müşahidə olunub.

Partlayış nəticəsində bir neçə erməni hərbçisi yaralanıb, tikili və silah-sursat yararsız hala düşüb.

Hadisədən dərhal sonra döyüş mövqeyinə bir neçə yanğınsöndürən və təcili tibbi yardım maşını gəlib.

Xəsarət alan hərbçilər hospitala yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.