İtaliyanın cənub-şərqindəki Puqlia bölgəsində helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub.
YeniAvropa xəbər verir ki, Foggia şəhərindən qalxan və Tremiti adalarına uçuş həyata keçirən “A109” tipli helikopterlə əlaqə kəsilib. Axtarış-xilasetmə işlərinə başlandıqdan sonra təhlükəsizlik qüvvələri Foggia əyalətinin Aprisena şəhəri yaxınlığında helikopterin qalıqlarını aşkarlayıb.
Qəza nəticəsində helikopterdə olan 4 nəfərlik sloveniyalı ailə, italiyalı həkim və 2 ekipaj üzvü həlak olub. İtaliyanın Milli Uçuş Təhlükəsizliyi Agentliyi qəza ilə bağlı araşdırmalara başlayıb.