Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Cozef Bayden arasında görüş keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın "CNN Türk"ə müsahibəsində bildirib.
Görüşün noyabrın 15-16-da İndoneziyada təşkil olunacaq "G20" sammiti çərçivəsində baş tutacağı bildirilib.
"Onların təkbətək görüşü olacaq. Bundan əvvəl prezidentimiz demişdi ki, böhranı liderlik diplomatiyasının köməyi ilə həll etmək olar", - deyə İ.Kalın vurğulayəb.