Çexiya parlamenti Rusiyanı terrorçuluğu himayə edən dövlət kimi tanıyıb.
YeniAvropa xəbər verir ki, bu barədə yerli "Ceske Noviny" qəzeti məlumat yayıb.
Xəbərdə bildirilib ki, qanunverici orqan Rusiya Federasiyasını terrorçuluğu himayə edən dövlət kimi tanıyan müvafiq qətnamə qəbul edib.
Xatırladaq ki, bundan əvvəl Estoniya və Polşa parlamentləri də Rusiyanı terrorçuluğu himayə edən dövlət kimi tanımışdı.