“Türkiyə ilə dialoqda irəliləyiş var”.
YeniAvropa “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Onun sözlərinə görə, artıq üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması ilə bağlı xüsusi nümayəndələr arasında müəyyən razılaşmalar var: "Proses davam edir. Ümid edirəm ki, bu, yaxın gələcəkdə müsbət nəticələrə gətirib çıxaracaq".