logo

İmran Xana atəş açılıb:Sabiq baş nazir ayağından yaralanıb

17:57 03-11-2022 | icon 3017
İmran Xana atəş açılıb:Sabiq baş nazir ayağından yaralanıb

Pakistanın sabiq baş naziri İmran Xan bu gün Qucranvala şəhərində siyasi yürüş zamanı açılan atəş nəticəsində ayağından yaralanıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki,hadisədə İmran Xanın rəhbərlik etdiyi “Təhrik-i-İnsaf” (Ədalət Uğrunda Hərəkat) siyasi hərəkatının daha bir neçə üzvü yaralanıb. Şübhəli şəxs saxlanılıb. İmran Xanın vəziyyətinə dair məlumat verilmir.

Pakistanın baş nazir Şahbaz Şərif baş verənləri pisləyib. O, daxili işlər naziri Rana Sanaullaha polisdən və Pəncab əyalətinin administrasiyasından hadisə ilə bağlı hesabat tələb etməyi tapşırıb.

Müxalifət tərəfdarlarının yürüşü oktyabrın 28-də Pəncab əyalətinin inzibati mərkəzi Lahor şəhərindən başlayıb. Cümə axşamı günü nümayişçilər hərəkatın sədri İmran Xanın rəhbərliyi ilə Qucranvalanın küçələrində yürüş ediblər.

İmran Xan 2022-ci ilin aprelində parlamentin aşağı palatasının etimadsızlıq səsverməsi nəticəsində baş nazir postunu tərk edib. Onu bu vəzifədə Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif əvəzləyib. Həmin ilin mayından başlayaq İmran Xanın partiyası hakimiyyətə qayıtmaq üçün kampaniya aparır.