logo

“Taxıl dəhlizi” fəaliyyətini davam etdirəcək-Ərdoğan

15:15 02-11-2022 | icon 2590
“Taxıl dəhlizi” fəaliyyətini davam etdirəcək-Ərdoğan

“Taxıl dəhlizi” əvvəl olduğu kimi fəaliyyətini davam etdirəcək.

YeniAvropa xəbər verir ki, bu fikirləri prezident Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türkiyə Böyük Millət Məclisindəki millət vəkillərinin qrup toplantısındakı çıxışında ifadə edib.

Noyabrın 1-də Rusiya prezidenti Vladimir Putinlə telefonda danışdığını xatırladan Türkiyənin dövlət başçısı bildirib ki, bu gün də mövzu ətrafında Ukrayna prezidenti Volodimir Zelenski ilə müzakirə aparacaq.