“Bu il dünyada 70-dən çox jurnalist peşə fəaliyyətini yerinə yetirərkən öldürülüb”.
YeniAvropa xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş özünün "Twitter" hesabında məlumat paylaşıb.
O bildirib ki, media nümayəndələrinə qarşı törədilən cinayətlərin üstü açılmalıdır.
“Biz cəzasızlığa son qoymalı və jurnalistlərə öz vacib işlərini yerinə yetirməyə imkan verməliyik”, - deyə baş katib paylaşımında vurğulayıb.