Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Bildirilib ki, liderlər Rusiya-Ukrayna müharibəsinə dair son proseslər daxil olmaqla regional məsələləri müzakirə ediblər.
Prezident Ərdoğan taxıl daşınması istiqamətində İstanbul Anlaşmasının tətbiq olunması ilə bağlı problemlərin həlli məsələsində bütün tərəflərlə lazımi səyləri davam etdirdiklərini xatırladıb. Türkiyə prezidenti bir çox məsələdə olduğu kimi, bu istiqamətdə də əməkdaşlıq əlaqələrinin təsis olunacağına əminliyini ifadə edib. O qeyd edib ki, tərəflər taxıl böhranını konstruktiv yanaşma ilə həll edərlərsə, müzakirələrə qayıtmaq yolunda addımları da təşviq etmiş olacaqlar.
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyə və özü haqqında səmimi ifadələr səsləndirdiyinə görə, rusiyalı həmkarına təşəkkür edib.